“Neftçi” ilk transferini açıqladı - VİDEO
09.01.2023 - 14:40
“Neftçi” ilk transferini açıqladı - VİDEO

“Neftçi” qış fasiləsi dönəmində ilk transferini rəsmiləşdirib. 

Apasport.az klubun saytına istinadən məlumat verir ki, Azərbaycan milli komandasının üzvü Höccət Haqverdi ilə 1,5 illik müqavilə bağlanıb. 

29 yaşlı müdafiəçi komandamızın heyətində 3 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, sonuncu klubu “Sumqayıt” (2021-2022) olan Höccət Haqverdi İranın “Abumoslem” (2013-2014), “Zob Ahan” (2014-2017), “Peykan” (2017-2021) klublarında çıxış edib, bu mövsümün ilk hissəsini icarə əsasında Təbriz “Traktor”unda keçirib. Milli komandamızın heyətində 17 oyunda meydana çıxıb, 1 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0