“Ayaks”ın müdafiəçisi Edson Alvares karyerasını İngiltərədə davam etdirmək arzusundadır.
Apasport.az saytının məlumatına görə, bunu meksikalı futbolçu özü etiraf edib.
Yay fasiləsində “Çelsi”nin 43 milyon funt-sterlinq məbləğində təklifi rədd edilməsinə baxmayaraq, 25 yaşlı arxa xətt oyunçusu qışda transferin reallaşacağına ümid edir: “Premyer Liqa ən yaxşı liqadır. Orada məni daha əlverişli müqavilə şərtləri gözləyirdi. İnkar etmirəm ki, “Çelsi”yə keçməyə çalışdım. Ancaq hələ də orada oynamaq ümidimi itirməmişəm”.
Qeyd edək ki, 2019-cu ildən “Ayaks”ın formasını geyinən Edson Alvaresin Niderland klubu ilə müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.