Xavi: "Bunlar qürur duyduğumuz şeylərdir"
10.04.2024 - 00:14
Xavi: "Bunlar qürur duyduğumuz şeylərdir"

"Barselona" Çempionlar Liqası 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində səfərdə PSJ-nin qonağı olacaq.

Apasport.az xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Xavi Ernandes matçdan əvvəl keçirilən mətbuat konfransında açıqlama verib.

İspan mütəxəssis ilk görüşdə sərfəli nəticə qazanmağın vacib olduğunu bildirib:

"Luis Enrike dünyanın ən yaxşı məşqçilərindən biridir. Onun Qvardiola və Artetanın "Barselona" fəlsəfəsinə malik olduğunu deyə bilərik. Topa sahib olmaq, öndə təzyiq etmək. Sabah da bunları görəcəyik. Bunlar genimizdə var və bizi digərlərindən fərqləndirən, qürur duyduğumuz şeylərdir. Mərhələni keçmək üçün ilk oyunda sərfəli nəticə əldə etmək vacibdir. Meydanda hər şeyimizi qoyacağımıza əminəm".

Qeyd edək ki, PSJ - "Barselona" qarşılaşması sabah Bakı vaxtilə saat 23:00-da start götürəcək.

writer photo
Əlirza Əlirzalı
0