Ərəblərdən Argentina ilə oyun öncəsi qərar
22.11.2022 - 14:11
Səudiyyə Ərəbistanında iş saatı dəyişdirilib.
Apasport.az saytının məlumatına görə, bu barədə ölkə hakimiyyəti qərar verib.
Belə addım atılmasına DÇ-2022 səbəb olub. Dövlət müəssisələrinə şamil olunan qərara əsasən Argentina ilə bugünkü görüşün startına bir saat qalmış ölkədə iş dayandırılıb.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 14:00-da başlayan Argentina – Səudiyyə Ərəbistanı qarşılaşmasında hesab açılmayıb.
0
0