Güləşçilər Respublika çempionatında mübarizəyə start veriblər
07.06.2024 - 00:25
Güləşçilər Respublika çempionatında mübarizəyə start veriblər

Güləş üzrə Məktəblilərin Respublika çempionatında yunan-Roma güləşçiləri mübarizəyə start veriblər.

Apasport.az xəbər verir ki, birincilik Elm və Təhsil Nazirliyi və Azərbaycan Güləş Federasiyasının ortaq təşkilatçılığı ilə ilk dəfə keçirilir.

Yarışın 3-cü günündə yunan-Roma güləşi üzrə 35, 41, 48, 57, 68 və 85 kq-da qaliblər müəyyənləşib. 3 çəkidə "Sumqayıt" idmançıları fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.

35 kq
1. Hüseyn Əmrahlı (Binəqədi)
2. Cahid Əhmədov (Şəmkir)
3. Əli Musayev (Göyçay), Məhəmməd Musalı (Masallı)

41 kq
1. İlkin Qurbanov (Xəzər)
2. Ömər Salmanov (Binəqədi)
3. Rahib Əhmədov (Sumqayıt), Əjdər Rzalı (Mingəçevir)

48 kq
1. Elmir Çərkəzov (Sabunçu)
2. Raul Məmmədzadə (Sabunçu)
3. Hilal Mehdizadə (Gəncə, “Təhsil”), Hüseyn Məmmədov (Sumqayıt)

57 kq
1. Hüseyn Mehdili (Sumqayıt)
2. Zahir Yusifov (Qubadlı)
3. Cəsur Məmmədli (Abşeron), Davud Abdullayev (Qubadlı)

68 kq
1. Ruslan Nuriyev (Sumqayıt)
2. Mikayıl Hümmətli (Qubadlı)
3. Elgiz Mütəllimov (Göyçay), Ömər Xəlilov (Xəzər)

85 kq
1. Məhəmməd Orucov (Sumqayıt)
2. Rəfail Əhədli (Abşeron)
3. Yunis Alxanov (Gəncə, “Təhsil”), Məhəmməd Cəfərov (Goranboy)

writer photo
Əlirza Əlirzalı
0