“Qalatasaray”ın futbolçusu Avro-2024-ü buraxacaq
08.06.2024 - 17:17
“Qalatasaray”ın futbolçusu Avro-2024-ü buraxacaq

“Qalatasaray”ın danimarkalı müdafiəçisi Viktor Nelson zədələnib.

Apasport.az xəbər verir ki, bu barədə oyunçu özü sosial şəbəkə hesabında paylaşım edib. Nelson zədə səbəbindən Danimarka millisinin Avro-2024 oyunlarını buraxacaq.

Yığma turnirdə İngiltərə, Serbiya və Sloveniya ilə mübarizə aparacaq. Almaniyanın ev sahibliyi edəcəyi çempionata iyunun 14-də start veriləcək.

writer photo
Əlirza Əlirzalı
0