PSJ rəhbərliyi klub müşavirindən narazıdır
21.02.2023 - 20:47
PSJ rəhbərliyi klub müşavirindən narazıdır

Luis Kampos PSJ-ni tərk edə bilər.

Apasport.az xəbər verir ki, klub rəhbərliyi futbol məsələləri üzrə müşavirin işindən narazıdır.

Kamposun tövsiyə etdiyi son transferlərin ümidləri doğrultmadığı qeyd olunur. Bu xüsusən də Vitinya, Karlos Soler, Fabian Ruis və Yuqo Ekitikə aiddir.

Eyni zamanda komandanı gücləndirə biləcək Hakim Ziyeş, Malkom və Rayan Şerkinin transferləri uğursuzluqla nəticələnib.

PSJ rəhbərliyinin klubda görmək istədiyi bəzi futbolçuların konkret idman layihəsi olmadığı üçün transferdən imtina etdiyi bildirilir.

Üstəlik, Luis Kamposun klubda olması Zinəddin Zidanı baş məşqçi təyin etməyi mümkünsüz edir. Hazırda Kamposun klubla əməkdaşlığını davam etdirəcəyi ssenari çətin görünür.

writer photo
Əlirza Əlirzalı
0