Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanı yoldaşlıq görüşündə məğlub edib.
Apasport.az xəbər verir ki, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət heyət 3-cü oyunda ağ fiqurlarla rəqib qarşısında qələbə qazanıb.
Dörd partiya bərabərliklə yekunlaşıb, Ülviyyə Fətəliyeva isə görüşü qələbə ilə başa vurub. 3-cü tur millimizin 3:2 hesablı qələbəsi ilə nəticələnib.
Reqlamentə əsasən, şahmatçılar 5 tur çərçivəsində bir-biriylə mübarizə aparacaqlar. Yekunda ümumi xal toplanaraq yoldaşlıq görüşünün nəticəsi elan olunacaq.
Xatırladaq ki, yoldaşlıq görüşü rəsmi xarakter daşıyır. Nəticələr FİDE reytinqinə hesablanır.