Orxan Əliyev: "Avrokubokdan danışmaq üçün hələ tezdir" - Müsahibə
31.10.2023 - 15:36
Orxan Əliyev: "Avrokubokdan danışmaq üçün hələ tezdir" - Müsahibə

"Araz- Naxçıvan"ın hücumçusu Orxan Əliyevin apasport.az saytına müsahibəsi

-“Qarabağ” üzərində qələbədə pay sahibi oldunuz. Matç haqqında fikirləriniz nədir?
-Oyun asan olmadı “Qarabağ”a qarşı oynamaq hər zaman çətindir. Avropa Liqası səviyyəsində futbol oynayan komandadır. Hər şey göz qabağındadır. Amma buna baxmayaraq, mübarizə apardıq, qol epizodları yaratdıq və qələbə qazandıq.

-“Araz Naxçıvan”ın bu mövsüm uğurlu çıxışının sirri nədir? 
-Düşünürəm ki, yaxşı kollektivimiz var. Bu da uğur qazanmağın əsas səbəbidir.

-“Araz-Naxçıvan”ın çempionluq mübarizəsindəki şansını necə qiymətləndirirsiz? 
-Bu barədə danışmaq üçün hələ çox tezdir, qarşıda çətin oyunlar var. Bizim əsas məqsədimiz hər oyundan xal və xallar qazanmaqdır. Addım-addım gedirik.

-Növbəti tur rəqibiniz “Sumqayıt”dır. Bu oyunla bağlı nə düşünürsüz? 
-Maraqlı oyun olacaq. “Sumqayıt” yaxşı komandadır. Onlara qarşı ciddi hazırlaşacağıq. Onsuz da hər oyuna eyni ciddiyətlə çıxırıq, hansı komandaya qarşı oynadığımızın fərqi yoxdur.

-Bu yüksəlişlə avrokuboklara qatılma iddianızı doğrulda biləcəksiz? 
-Avrokubokdan danışmaq üçün hələ tezdir. Əlbəttə, hamı onu istəyir, amma tələsmək də olmaz. Çünki, işimiz çoxdur.

-“Araz-Naxçıvan”ın uğurlu çıxışı milli komandaya yolunuzu aça bilər? Millinin heyətində çıxış etmək perspektivinizi necə görürsüz?
-Əlbəttə, gec-tez milli komandaya çağırılacağıma inanıram. Çünki mən dayanmadan bunun üçün çalışıram. Milli komandada oynamaq qürurdur.

writer photo
Əlirza Əlirzalı
0