Azərbaycan kubokunda oyun cədvəli açıqlandı
21.11.2023 - 11:00
Azərbaycan kubokunda oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan kubokunda 2023/24-cü illər mövsümündə II təsnifat mərhələsinin oyun cədvəli müəyyənləşib.

Apasport.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Noyabrın 28-də start götürəcək mərhələnin matçları iki günü əhatə edəcək.

Qeyd edək ki, “Lerik”, “Kür-Araz” və “Şəfa” klubları Əsasnamə tələbinə əsasən ya standartlara cavab verən stadion təmin etməli, ya da səfərdə oynamalı idilər. Adıçəkilən klublar PFL-ə rəsmi şəkildə səfər komandası kimi oynamaqla bağlı bildiriş ünvanlayıblar.

Azərbaycan kuboku
II təsnifat mərhələsi
28 noyabr (çərşənbə axşamı)

“Karvan” – “Difai Ağsu”
Yevlax şəhər stadionu, 13:30 (canlı, “CBC Sport”)

“Araz Saatlı” – “İrəvan”
Saatlı OİK stadionu, 13:30 (canlı, “AzPFL”)

MOİK – “Cəbrayıl”
Binə qəsəbə stadionu, 13:30 (canlı, “AzPFL”)

“Şəfa” – “Səbail”
“ASCO Arena”, 15:00 (canlı, “AzPFL”)

“Turan Tovuz” – “Göygöl”
Tovuz şəhər stadionu, 17:00 (canlı, “CBC Sport”)

29 noyabr (çərşənbə)

“Şahdağ Qusar” – “Qaradağ Lökbatan”
Şamaxı OİK stadionu, 13:30 (canlı, “AzPFL”)

“Kəpəz” – “Baku Sportinq”
Tovuz şəhər stadionu, 13:30 (canlı, “CBC Sport”)

“Zaqatala” – “Şamaxı”
Zaqatala OİK stadionu, 13:30 (canlı, “AzPFL”)

“İmişli” – “Mingəçevir”
İmişli şəhər stadionu, 13:30 (canlı, “CBC Sport”)

“Kür-Araz” – “Araz-Naxçıvan”
“Dalğa Arena”, 15:00 (canlı, “AzPFL”)

“Lerik” – “Sumqayıt”
“Kapital Bank Arena”, 18:00 (canlı, “CBC Sport”)

writer photo
Əlirza Əlirzalı
0