Yığmada portuqaliyalı məşqçi
10.07.2023 - 13:01
Yığmada portuqaliyalı məşqçi

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) millisinə yeni baş məşqçi təyin edilib.

Apasport.az saytı xəbər verir ki, portuqaliyalı mütəxəssis Paulo Bentu əmirliyin milli komandasının sükanı arxasına keçib.

Son 1 ildə işsiz olan 54 yaşlı məşqçi ilə 3 illik müqavilə imzalanıb. 

O, bu postda argentinalı Rodolfo Arruabarrenanı əvəzləyib. 

writer photo
Əlirza Əlirzalı
0