Türkiyədə kritik derbi - "Qalatasaray" "Beşiktaş" səfərində
03.03.2024 - 13:12
Türkiyədə kritik derbi - "Qalatasaray" "Beşiktaş" səfərində

Türkiyə Superliqasında XXVIII turun oyunları keçirilir. 

Apasport.az xəbər verir ki, turun mərkəzi görüşü bu gün "Beşiktaş" və "Qalatasaray" arasında baş tutacaq. 

Matç Bakı vaxtı ilə saat 20:00-da "Tüpraş" stadionunda start götürəcək. 

"Qalatasaray" 72 xalla 2-ci pillədədir. "Beşiktaş" isə 46 xalla 4-cü pillədə qərarlaşıb.

Turnir cədvəlinin lideri isə bir oyun çox keçirməklə, 78 xala malik "Fənərbaxça"dır.

writer photo
Əlirza Əlirzalı
0