Ramil Şeydayevə MƏRC
27.10.2022 - 12:32
Ramil Şeydayevə MƏRC

Avropa Liqasında mübarizə aparan “Qarabağ” qrup mərhələsinin V turunda “Nant”la görüşəcək.

Apasport.az saytının məlumatına görə, Fransadakı qarşılaşma proqnozsevərlərin və ekspertlərin də maraq dairəsindədir.

Tanınmış mütəxəssis Artyom Kapustin bu görüşə proqnoz verib:

“Nant”la “Qarabağ” bu şəxsi qarşılaşmaya tam fərqli motivasiya dərəcəsi ilə yanaşır. “Bülbüllər” Fransa Liqa1-də yuvarlanma zonası yaxınlığındadır. 

Fransalılar Avropa Liqasının son üç matçında da uduzub. “Nant” demək olar ki, pley-off şansını da itirib.

“Köhlən atlar” yerli çempionatda 10 oyunun hamısında qələbə qazanıb. Ağdamlılar indi rahatlıqla avrokuboka köklənə bilər.

Burada isə işlər çox yaxşı gedir. Qarşıdakı görüşdə qonaqlar xallar daha vacibdir. Bu üzdən “Qarabağ”ın qələbəsinə mərc gələrdim. Belə variantın əmsalı 3,05-ə bərabərdir.

“Nant” üçün Avropa Liqası heç bir ciddi vəzifənin qarşıya qoyulmadığı turnirdir. Bu üzdən onlar bəzən ehtiyat oyunçulara şans verir. Onlar da istəksiz şəkildə müdafiəyə çəkilir və əvəzində qollar buraxır. Komandanın dörd matçında nə az, nə çox 12 qol vurulub ki, bunun da üçünü “Qarabağ” vurub. “Nant”ın buraxdığı qolların sayı bu gün ciddi şəkildə arta da bilər.

Hesab edirəm ki, 1,80 əmsalla dəyərləndirilən Üst variantına da mərc etmək mümkündür. Ramil Şeydayevin qol vurmaq şansı 2,60 əmsalla dəyərləndirilir ki, belə mərc də optimal sayıram.

Proqnozum: 1 və ya Üst, ya da Ramil Şeydayevin qolu
 

writer photo
Əlirza Əlirzalı
0