Samir Abasov yenidən tələbəsinə göz dikdi – YALNIZ BİZDƏ
11.10.2022 - 17:33
Samir Abasov yenidən tələbəsinə göz dikdi – YALNIZ BİZDƏ

“Sumqayıt”ın yeni baş məşqçisi Samir Abasov qış fasiləsində heyətdə bəzi dəyişikliklər etməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, 44 yaşlı mütəxəssis mövsümün ikinci yarısında sərəncamında görmək istədiyi ilk futbolçunu müəyyənləşdirib.

Abasov “Turan Tovuz”un yarımmüdafiəçisi Xəyal Nəcəfova göz dikib. Baş məşqçi vaxtilə həm “Sumqayıt”, həm də “Neftçi”də rəhbərliyi altında çıxış edən 25 yaşlı orta sahə oyunçusunu “gənclik şəhəri” təmsilçisinə qaytarmaq niyyətindədir. Onu “kimyaçılar”ın aşağı yaş qruplarında kəşf edərək ilk dəfə əsas heyətə cəlb edən mütəxəssis məhz Abasov olub.

“Sumqayıt”a dönmək üçün Nəcəfov ilk növbədə “Turan Tovuz”la icarə müqaviləsinə xitam verməlidir. Çünki tovuzlular yay fasiləsində onu “Neftçi”dən birillik icarəyə götürüb.

Qeyd edək ki, Xəyal Nəcəfov bu mövsüm Premyer Liqada “Turan Tovuz”un 8 oyununun hamısında iştirak edib.

writer photo
Əlirza Əlirzalı
0