“Real”ın yarımmüdafiəçisi zədələnib
02.09.2024 - 15:19
“Real”ın yarımmüdafiəçisi zədələnib

La Liqa təmsilçilərindən “Real”ın yarımmüdafiəçisi Dani Sebalyos xəstəxanaya yerləşdirilib.

Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bazar günü “Betis”lə oyunda ispaniyalı futbolçunun sağ topuq nahiyəsində 3-cü dərəcəli burxulma yaranıb.

Sebalyosun sağalması üçün 6-8 həftə lazım olacaq.

Qeyd edək ki, “Real” öz meydanında “Betis”ə 2:0 hesabı ilə qalib gəlib. “Real” növbəti oyununu sentyabrın 14-də “Real Sosyedad”a qarşı keçirəcək.

writer photo
Əlirza Əlirzalı
0