Ceyms yenə zədələndi
27.12.2022 - 22:51
"Çelsi"nin müdafiəçisi Ris Ceyms Premyer Liqanın XVII turunun matçında zədələnib.
Apasport.az xəbər verir ki, İngiltərə millisinin üzvü "Bornmut"la oyunun 51-ci dəqiqəsində sağ ayağındakı problemlə əlaqədar məşqçilər korpusuna əvəz edilməsini istəyib və göz yaşları içərisində qazona yıxılıb.
Onu 53-cü dəqiqədə Sesar Aspilikueta əvəzləyib.
Ris Ceyms Çempionlar Liqasında "Milan"a qarşı oyunda (11 oktyabr) dizindən zədələndikdən sonra ilk oyununu keçirirdi. 23 yaşlı müdafiəçi zədə səbəbindən 2022-ci il dünya çempionatını buraxıb.
0
0