Xavinin qovulma təhlükəsi
21.11.2022 - 16:48
Xavinin qovulma təhlükəsi

“Barselona”nın baş məşqçisi Xavi Ernandes qovula bilər.

Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, bu, komandanın cari mövsümdəki çıxışından asılı olacaq.

Əgər Kataloniya klubu mövsümü titulsuz başa vursa, rəhbərlik 42 yaşlı çalışdırıcı ilə yollarını ayıracaq. Xavi İspaniya La Liqasının və Avropa Liqasının kubokunu qazanacaqlarına inanır.

Qeyd edək ki, hazırda La Liqaya başçılıq edən “Barselona” Avropa Liqasının pley-off mərhələsində “Mançester Yunayted”lə qarşılaşacaq.
 

writer photo
Əlirza Əlirzalı
0