“Apollon” “Neftçi”nin futbolçusunun transferini açıqladı
23.01.2023 - 15:26
“Apollon” “Neftçi”nin futbolçusunun transferini açıqladı

“Neftçi”nin futbolçusu Qodsvey Donyonun Kiprin “Apollon” klubuna keçidi rəsmiləşib.

Apasport.az saytının məlumatına görə, bunu Limassol təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Bildirilir ki, transferlə bağlı “Neftçi” ilə prinsipial razılıq əldə olunub. Forvardla 2025-ci ilin yayına qədər müqavilə imzalanacaq.

29 yaşlı qanalı legioner yaxın günlərdə tibbi müayinədən keçmək üçün Kiprə yollanacaq. Donyo müayinədən sonra müqaviləyə imza atacaq.

Qeyd edək ki, Donyo ötən ilin yayında keçdiyi “Neftçi”də 21 matçda 5 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0