“İnter” hücumçusunu icarəyə verir
03.08.2022 - 17:18
“İnter” hücumçusunu icarəyə verir

“İnter”in hücumçusu Eddi Salsedo klubunu dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, Milan təmsilçisi forvardı icarəyə göndərməyə qərar verib.

Onun “Piza” klubuna veriləcəyi gözlənilir. Eddi qarşıdakı mövsümü bu komandada keçirməlidir. Salsedonun “İnter”lə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.

Qeyd edək ki, hücumçu ötən mövsümdə “Speziya”da icarədə olub. 
 

writer photo
Əlirza Əlirzalı
0