Azərbaycan boksçusu Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq) Polşada keçirilən III Avropa Oyunlarında növbəti döyüşünə çıxıb.
Apasport.az saytının məlumatına görə, ilk qarşılaşmasında Tatevik Xaçatryanu (Ermənistan) məğlub edən yığma üzvü 1/4 finalda Amina Zidani (Fransa) ilə qüvvəsini sınayıb.
Döyüş rəqibin 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) qələbəsi ilə başa çatıb və Həmzəyeva-Ağamalıyeva Oyunlarla vidalaşıb.
Qeyd edək ki, bu gün daha 2 boksçumuz 1/4 final döyüşünə çıxacaq. Sərxan Əliyev (71 kq) Makan-Vie Traore (Fransa) ilə və Məhəmməd Abdullayev (+92 kq) Stilianos Pouliasla (Yunanıstan) üz-üzə gələcək.