İndoneziya Olimpiadaya namizədliyini verir
16.11.2022 - 13:44
İndoneziya Yay Olimpiya Oyunlarını keçirməyə namizədliyini verəcək.
Apasport.az saytının məlumatına görə, bunu ölkə prezidenti Coko Vidodo açıqlayıb.
O bildirib ki, İndoneziya 2036-cı ilin multi-idman yarışını qəbul etməyə hazırdır. Bunun üçün Nusantara şəhərinin namizədliyi veriləcək. Ölkənin paytaxtı da Cakartadan bu şəhərə köçməlidir.
Qeyd edək ki, 2036-cı ildəki Olimpiadaya Meksika, Cənubi Koreya, Misir, Böyük Britaniya, Rusiya və Hindistan da namizədliyini vermək niyyətindədir.
0
0