Hummels milliyə qayıdır
06.10.2023 - 14:19
Hummels milliyə qayıdır

Dortmund “Borussiya”sının futbolçusu Mats Hummels yenidən Almaniya millisinin formasını geyinəcək.

Apasport.az xəbər verir ki, bu barədə qərarı yığmanın baş məşqçisi Yulian Naqelsmann verib.

Mütəxəssis 34 yaşlı müdafiəçini bu ay keçiriləcək oyunlara çağıracaq. Bundestim ayın 14-də ABŞ, 18-də Meksika ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

36 yaşlı mütəxəssis ötən ay baş məşqçi postuna gətirilib. O, Hans-Diter Flikin istefasından sonra boş qalan postu tutub.

Qeyd edək ki, Hummels Almaniya millisi ilə 2014-cü ildə dünya çempionu olub. O, yığmaya sonuncu dəfə AVRO-2020-də çağırılıb.

writer photo
Əlirza Əlirzalı
0