NBA-da 338 milyonluq müqavilə
30.07.2023 - 13:49
NBA-da 338 milyonluq müqavilə

Ceyson Teytum NBA-da ən yüksək ödənişli basketbolçu ola bilər.

Apasport.az saytı xəbər verir ki, hər şey liqada maaş limitinin artırılmasından asılıdır.

Əgər növbəti iki ildə NBA klubların maaş limiti 10 faiz artırsa, “Boston” Ceysona yeni müqavilə təklif edəcək. Teytum 2025-ci ildən etibarən 338 milyon dəyərində beş illik razılaşma imzalayacaq. Bununla da, o, liqanın ən çox gəir əldə edən basketbolçusu olacaq.

Qeyd edək ki, Teytumun komanda yoldaşı Ceylon Braun hazırda ən çox qazanan basketbolçudur. Bir neçə gün öncə, o, “Boston”dan 304 milyon dəyərində beş illik müqavilə əldə edib. “Seltiks” Teytum-Braun cütlüyünün komandaya böyük uğurlar qazandırcağına ümid edir.
 

writer photo
Əlirza Əlirzalı
0