Futbol Federasiyasına korrupsiya basqını
21.03.2024 - 12:52
Futbol Federasiyasına korrupsiya basqını

Jandarma Mərkəzi Əməliyyatlar Bölməsi (UCO) korrupsiya araşdırması çərçivəsində İspaniya Futbol Federasiyasına (RFEF) basqın edib.

Apasport.az xəbər verir ki, bu barədə İspaniyanın rəsmi xəbər agentliyi "EFE" məlumat yayıb. 

Madridin 4 saylı Majadahonda Birinci İnstansiya Mülki Məhkəməsində başladılan istintaqın, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun göstərişi ilə UCO-ya bağlı qrupların bu səhər RFEF-də axtarış apardığı məlum olub. 

Ölkə mətbuatında yer alan iddialarda, müxtəlif dövlət qurumları və özəl qurumlarla bağlanmış müqavilələrdə korrupsiya və çirkli pulların yuyulması ilə bağlı iddiaların son 5 ili (2018-2023) əhatə edən RFİF-in keçmiş rəhbərliyinin apardığı inzibati işlərlə bağlı olduğu bildirilib.

writer photo
Əlirza Əlirzalı
0