Türkiyədə azərbaycanlıların qarşıdurması
23.04.2024 - 00:02
Türkiyədə azərbaycanlıların qarşıdurması

Futbol üzrə Türkiyə I Liqasında 31-ci tura yekun vurulub.

Apasport.az xəbər verir ki, bu gün Azərbaycan millisinin üzvlərinin forma geyindiyi komandalar üz-üzə gəlib.

Coşqun Diniyevin çıxış etdiyi "Ümraniyespor" doğma meydanda Ramil Şeydayevin şərəfini qoruduğu "Kocaelispor"u qəbul edib. Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycanlı futbolçular da bu görüşün iştirakçısı olub. Onların hər ikisi matça start heyətdə meydana çıxıb. Coşqun 79-cu dəqiqədə əvəzlənibsə, Ramil 90 dəqiqə meydanda olub.

31 turdan sonra 52 xal toplayan "Kocaelispor" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Xallarını 37-yə yüksəldən "Ümraniyespor" isə 11 yerdədir.

writer photo
Əlirza Əlirzalı
0