Bu gün DÇ-2022-nin G qrupunda II tura yekun vurulub.
Apasport.az saytının məlumatına görə, beşqat dünya çempionu Braziliya mundialda ikinci sınağına çıxıb.
Dörd gün öncə Serbiyanı iki qolla üstələyən Titenin yetirmələri İsveçrə ilə qarşılaşıb. Zədəli Neymarın yoxluğunda rəqibin müqaviməti ilə üzləşən Cənubi Amerika təmsilçisi sona yaxın vurduğu yeganə qol sayəsində aktivinə növbəti 3 xalı yazdırıb. Bununla ikinci qələbəsini qazanan Braziliya yığması Fransadan sonra 1/8 finala vəsiqəni rəsmiləşdirən ikinci komanda olub.
İsveçrə isə məğlubiyyətə baxmayaraq, son tura turnir cədvəlinin ikinci pilləsində girəcək.
Qeyd edək ki, qrupun son oyunları dekabrın 2-də keçiriləcək. Həmin gün İsveçrə Serbiyanı, Braziliya isə Kamerunu sınağa çəkəcək.
DÇ-2022, qrup mərhələsi
28 noyabr, II tur
G qrupu
20:00. Braziliya – İsveçrə - 1:0
Qol: Kasemiro, 83
1 |
Braziliya |
2 |
2 |
0 |
0 |
3-0 |
6 |
2 |
İsveçrə |
2 |
1 |
0 |
1 |
1-1 |
3 |
3 |
Kamerun |
2 |
0 |
1 |
1 |
3-4 |
1 |
4 |
Serbiya |
2 |
0 |
1 |
1 |
3-5 |
1 |