"Mançester Yunayted"dən uğurlu seriyaya davam
24.02.2023 - 11:49
"Mançester Yunayted"dən uğurlu seriyaya davam

"Mançester Yunayted" "Old Trafford"da uğurlu seriyasını davam etdirib. 

Apasport. az saytı xəbər verir ki, “qırmızı şeytanlar” doğma divarlar arasında növbəti dəfə meydandan məğlub olmadan ayrılıb.

"Mançester Yunayted" Avropa Liqasının pley-offunda "Barselona"ya 2:1 hesabı ilə qalib gəlməklə, uğurlu seriyasını 18-ə çatdırıb. İngiltərə klubu bu oyunlardan 17 qələbə qazanıb, bir görüşü “sülhlə” başa vurub. Topların fərqi isə 41:9-dur.

Qeyd edək ki, “Mançester Yunayted” “Old Trafford”da sonuncu dəfə 2022-ci ilin sentyabrında Avropa Liqası matçında “Real Sosyedad”a uduzub.

writer photo
Əlirza Əlirzalı
0