Erden Timur istefa etdi
04.06.2024 - 12:33
Erden Timur istefa etdi

Super Liqa təmsilçilərindən "Qalatasaray"ın vitse-prezidenti Erden Timur istefa verib.

Apasport.az xəbər verir ki, o, bu barədə bu gün keçirilən mətbuat konfransında açıqlama verib. 

"Özümdən asılı olmayan səbəblərdən 1 ay, bəlkə də 1 aydan çox gündəmi məşğul etdiyim üçün ictimaiyyətdən üzr istəyirəm. Mən məsələni çempionata 1-1,5 ay qalmış prezidentimizə çatdırdım. Çempionluq yarışı olduğundan bunu həmən açıqlamaq mümkün deyildi. Klubdakı vəzifəmin davam etdiyini söyləməliydim. Bunu çempionatdan sonra 2 gün ərzində açıqlaya bilərdim, amma insanların sevincinin önünə keçmək istəmədim", - deyə o bildirib.

Qeyd edək ki, 44 yaşlı funksioner 2022-ci ilin iyun ayından "Qalatasaray"da çalışırdı. 

writer photo
Əlirza Əlirzalı
0