A seriyasında rekordun təkrarı
18.09.2022 - 23:13
A seriyasında rekordun təkrarı

“Udineze” A seriyasının VII turunda “İnter”ə qalib gəlib.

Apasport.az saytının məlumatına görə, 3:1 hesablı qələbə qazanan meydan sahibləri tarixinin rekorduna imza atıb.

Udine təmsilçisi ilk 7 turda 16 xal qazanıb. Komandanın aktivində 5 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət var.

Bu, “Udineze”nin tarixində A seriyasındakı ən yaxşı startın təkrarıdır. Komanda 2000/01 mövsümündə də 7 matçda 16 xal yığıb.

Qeyd edək ki, udinelilərin növbəti rəqibi “Verona” olacaq.
 

writer photo
Əlirza Əlirzalı
0