Dünya çempionu Amerika Kubokunun finalında göz yaşlarına boğuldu - VİDEO
15.07.2024 - 09:14
Dünya çempionu Amerika Kubokunun finalında göz yaşlarına boğuldu - VİDEO

2024-cü il Amerika Kubokunun finalı Mayamidə Argentina və Kolumbiya milli komandaları arasında baş tutub.

Apasport.az xəbər verir ki, Argentina millisinin 37 yaşlı hücumçusu Lionel Messi final görüşünü başa vura bilməyib.

Futbolçu matçın 65-ci dəqiqəsində zədələndiyi üçün əvəzlənib. Ulduz futbolçu meydanı tərk edərkən göz yaşlarına boğulub.

Qeyd edək ki, son dünya çempionları ardıcıl iki dəfə Amerika kubokunun qalibi olub.

writer photo
Əlirza Əlirzalı
0