“Qalatasaray” ona elçi düşdü
04.01.2023 - 14:01
“Qalatasaray” ona elçi düşdü

“Qalatasaray” danimarkalı futbolçuya elçi düşüb.

Apasport.az xəbər verir ki, “sarı-qırmızılar” İsveçin “Haken” klubunun gənc oyunçusu Kristoffer Lundu heyətə cəlb etmək istəyir.

20 yaşlı futbolçu üçün isveçlilərə təklif göndəriləcəyi bildirilir. Lundun transfer qiyməti 1,5 milyon avrodur. 

Qeyd edək ki, Lundun “Haken”lə olan müqaviləsi 2024-cü ildə bitəcək. Sol cinah oyunçusu karyerası ərzində çıxdığı 80 matçda 1 qol vurub və 10 assist edib.
 

writer photo
Əlirza Əlirzalı
0