Transfer balansı ən pis olan klubların reytinq siyahısı açıqlanıb.
Apasport.az saytı xəbər verir ki, “CIES Football Observatory”
son 5 mövsümdə komandaların xərclərini müqayisə edib.
Ən pis göstərici “Çelsi”yə məxsusdur. İngilislərin 749 milyon avro kəsiri olub.
Reytinqdə həm alış, həm də satış üzrə ən çox transfer əməliyyatları həyata keçirən 100 klub yer alıb.
İkinci sıradakı “Mançester Yunayted” 670, ilk üçlüyü qapayan “Arsenal” isə 544 milyon avro ziyandadır.
20 klubun siyahısı
1. "Çelsi" (749 milyon avro)
2. “Mançester Yunayted” (670 milyon)
3. “Arsenal” (544 milyon)
4. "Tottenhem" (477 milyon)
5. “Vest Hem” (435 milyon)
6. “Nyukasl” (422 milyon)
7. “Aston Villa” (370 milyon);
8. “Vulverhempton” (355 milyon)
9. "Yuventus" (337 milyon)
10. “Liverpul” (313 milyon)
11. “Fulhem” (271 milyon)
12. “Barselona” (257 milyon)
13. “Nottingem Forest” (246 milyon)
14. “Lids” (242 milyon)
15. “Sauthempton” (237 milyon)
16. “Milan” (227 milyon)
17. “Everton” (219 milyon)
18. PSJ (202 milyon)
19. “Marsel” (192 milyon)
20. "Bavariya" (170 milyon)