Rəşad Sadıqov: “Yalandan da olsa baş hakimə epizoda baxmasını təklif edərdin”
22.08.2022 - 16:36
Rəşad Sadıqov: “Yalandan da olsa baş hakimə epizoda baxmasını təklif edərdin”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının III turunda “Sumqayıt”la oyunun VAR hakimi olan Nicat İsmayıllıya müraciət edib.

Apasport.az saytının məlumatına görə, gənc mütəxəssis özünün instaqram səhifəsində bu barədə post paylaşıb.

O, qarşılaşmanın 79-cu dəqiqəsində yaşanan gərginliyə aydınlıq gətirib: “Hamdoui ilə Almirin toqquşmasına israrla penalti deyən, ondan bir saniyə əvvəldə Sərtan - Vüsal mübarizəsindəki qayda pozuntusunu baş hakimə göstərməyən VAR-da əyləşən Nicat qardaşım, bu epizodda heç bir qayda pozuntusu görmədin? Heç olmasa yalandan da olsa baş hakimə bir də bu epizoda baxmasını təklif edərdin. Yəni pauza yaranacaq deyə narahat olmadığını oyunun 6 dəqiqiəlik dayandırılmasında da hiss etdik və 1 dəqiqə də bu epizoda getsəydi heç nə olmazdı. Maraqlıdır ki, şərhçi Nurlan Valehoğlu qayda pozuntusunu görür, amma Nicat görmədi”.

Qeyd edək ki, “Zirə” – “Sumqayıt” oyunu 0:0 hesabı ilə başa çatıb.

writer photo
Əlirza Əlirzalı
0