Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
İntizam Komitəsinin iclasında aşağıdakı qərarlar qəbul edildi:
17 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının III turunun “Kəpəz” – “Turan Tovuz” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” klubu 700 manat cərimə edilir (maddə 37);
17 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının III turunun “Sumqayıt” – “Səbail” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sumqayıt” klubu 800 manat cərimə edilir (maddə 51.2);
17 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının III turunun “Sumqayıt” – “Səbail” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Sumqayıt” klubu 500 manat cərimə edilir (maddə 70.1);
17 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının III turunun “Şamaxı-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ-2” komandası 70 manat cərimə edilir (maddə 37);
18 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının III turunun “Kəpəz-2” – “Turan Tovuz-2” oyununda “Kəpəz-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz-2” komandası 70 manat cərimə edilir (maddə 37);
18 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının III turunun “Kəpəz-2” – “Turan Tovuz-2” oyununa Təcili Tibbi Yardım avtomobilinin gec gəlməsi səbəbindən matç 30 dəqiqə gec başladığına görə “Kəpəz-2” komandası 100 manat cərimə edilir (maddə 72.4);
18 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının III turunun “Kəpəz-2” – “Turan Tovuz-2” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Kəpəz-2” klubu 50 manat cərimə edilir (maddə 70.1);
18 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının III turunun “Sumqayıt-2” – “Səbail-2” oyununda “Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail-2” komandası 70 manat cərimə edilir (maddə 37);
18 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının III turunun “Sumqayıt-2” – “Səbail-2” oyununda stadionun texniki zonası xətlənmədiyinə görə “Sumqayıt-2” komandası 100 manat cərimə edilir (maddə 69.3);
18 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının III turunun “Sumqayıt-2” – “Səbail-2” oyununun matçöncəsi iclasında polis nümayəndəsi iştirak etmədiyinə görə “Sumqayıt-2” komandası 80 manat cərimə edilir (maddə 73.1);
19 avqust 2024-cü il tarixində Əvəzedicilər liqasının III turunun “Zirə-2” – “Araz-Naxçıvan-2” oyununda “Zirə-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Zirə-2” komandası 70 manat cərimə edilir (maddə 37).