"Siti" "Barselona"ya 65 milyona futbolçu satmağa razıdır
04.03.2023 - 23:49
"Siti" "Barselona"ya 65 milyona futbolçu satmağa razıdır

"Barselona" "Mançester Siti"nin portuqaliyalı yarımmüdafiəçisi Bernardu Silvanı əsas transfer hədəfi hesab edir.

Apasport.az xəbər verir ki, klub rəhbəri Joan Laporta və agenti Jorje Mendes yeni transfer məhdudiyyətlərinə baxmayaraq, Silvanın transferi üzərində işləyirlər.

Yarımmüdafiəçinin özü də "blauqrana"ya keçmək istəyir. "Şəhərlilər"in rəhbərliyi isə onu buraxmağa hazırdır.

"Mançester Siti" Bernadu Silvanı 65 milyon avroya satmağa razıdır. İddialara görə, "Barselona"nın əsas problemi ildə 7 milyon avrodan çox pul istəyən portuqaliyalının maaşıdır.

writer photo
Əlirza Əlirzalı
0