"Mançester Siti"nin hücumçusu Erlinq Holandın İngiltərədə çox qalmayacaq.
Apasport.az saytı xəbər verir ki, bu barədə norveçli hücumçunun atası açıqlama verib.
O bildirib ki, “Mançester Siti”nin şərəfini qoruyan oğlu 3 mövsümdən sonra başqa çempionata gedə bilər: “O, 15 il də burada qala bilər, çünki Erlinq komandada özünü əla hiss edir və Mançester təmsilçisi böyük klubdur. Oğlum dünyanın bütün ən yaxşı liqalarını qazanmağa qadir olduğunu göstərmək istəyir”.
Holandın atasının sözlərinə görə, oğlu müqaviləsi başa çatdıqdan sonra İtaliya, İspaniya və ya Fransa çempionatlarına yollan bilər: “Hələlik hansısa qərar verilməyib, lakin hər şey mümkündür”.
Qeyd edək ki, bu ilin yayında Dortmund “Borussiya”sından “Mançester Siti”yə transfer olunan 22 yaşlı forvard yeni komandasının heyətində 18 oyuna 23 dəfə fərqlənib və üç dəfə məhsuldar ötürmə edib.