"Bavariya" Çempionlar Liqasının antirekorduna imza atdı
15.02.2024 - 11:49
"Bavariya" Çempionlar Liqasının antirekorduna imza atdı

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Latsio”ya məğlub olan “Bavariya” turnirin antirekorduna imza atıb.

Apasport.az xəbər verir ki, “Bavariya”nın futbolçuları rəqib qapısına 17 dəfə qapıya zərbə endirsələr də, nəticə əldə edə bilmədilər.

Bu, 2003/2004 mövsümündən bəri hər hansı Çempionlar Liqası matçında komanda üçün qapıya vurulan toplarda ən çox buraxılan zərbə sayıdır. 

Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində "Latsio" evdə "Bavariya"nı 1:0 hesabı ilə məğlub edib.

writer photo
Əlirza Əlirzalı
0