Alonsonun “Real” azarkeşi olmasının səbəbi
07.09.2023 - 15:51
Alonsonun “Real” azarkeşi olmasının səbəbi

“Formula 1” pilotu Fernando Alonso "Real"a azarkeşlik etməsinin səbəbini açıqlayıb.

Apasport. az saytı xəbər verir ki, “Aston Martin”in şərəfini qoruyan 43 yaşlı ispaniyalı bunun qanla keçdiyini deyib. 

Alonso bildirib ki, atası onu daim birlikdə paytaxt klubunun oyunlarına aparıb və nəticədə “Real” azarkeşinə çevrilib: “Uşaqlıqdan bu komandanın azarkeşiyəm. Atam onların fanatı idi. Mən də matçlara gedə-gelə “Real”a aşiq oldum”.

Qeyd edək ki, “Real” İspaniya La Liqasında 4 turdan sonra 12 xalla ilk pillədə yer alır.

writer photo
Əlirza Əlirzalı
0