Lukaku “İnter”dən ayrıldı
05.09.2022 - 17:43
Lukaku “İnter”dən ayrıldı

Romelu Lukaku “İnter”in düşərgəsini tərk edib.

Apasport.az saytının məlumatına görə, belçikalı hücumçu müalicə olunmaq üçün vətəninə yollanıb.

O, qısammüdətli kurs keçəcək. Sol ayağındakı bağları dartılan Lukaku bu üzdən komandadan ayrı düşüb.

Romelunun Çempionlar Liqasının “Bavariya” ilə görüşündə iştirakı sual altındadır. Bu qarşılaşma iki gündən sonra baş tutacaq.
 

writer photo
Əlirza Əlirzalı
0