Millimizi gözləyən perspektiv - +5,1 və ya - 4, 9
29.10.2022 - 16:13
Millimizi gözləyən perspektiv - +5,1 və ya - 4, 9

Azərbaycan milli komandasının noyabr perspektivi bəlli olub.

Apasport.az saytının məlumatına görə, qarşıdakı ayda yığmamız iki yoldaşlıq oyunu keçirəcək.

Bu qarşılaşmaların ölkəmizin FİFA reytinqinə təsiri müəyyənləşib. Moldova və Şimali Makedoniya ilə səfər matçları komandanın əmsalına ciddi təsir etməyəcək.

Moldovada yalnız qələbə qazanmalı olan millimiz təkcə məğlubiyyət deyil, hətta heç-heçə ilə də xal itirəcək. Canni de Byazinin yetirmələri Şimali Makedoniyada uduzmasa qazanacaq.

Millimiz hər iki matçda qalib gəlsə, aktivinə 5,1 xal əlavə edəcək. İki məğlubiyyət isə 4,9 xal itkisinə bərabər olacaq.

Moldova – Azərbaycan
Qələbə: 1,6
Heç-heçə: -0,9
Məğlubiyyət: -3,4

Şimali Makedoniya - Azərbaycan
Qələbə: 3,5
Heç-heçə: 1,0
Məğlubiyyət: -1,5

writer photo
Əlirza Əlirzalı
0