Arda Gülər Cud Bellinqemə rəqib oldu
13.10.2023 - 14:49
Arda Gülər Cud Bellinqemə rəqib oldu

“Golden Boy” mükafatına 25 namizədin siyahısı açıqlanıb.

Apasport.az xəbər verir ki, İtaliyanın “Tuttosport” nəşri iddialıların siyahısını dərc edib. 

Qaydalara əsasən, 20 futbolçunun adını “Football Benchmark” analitik şirkəti açıqlayıb, daha 5 futbolçu isə redaktorlardan “wild card” alıb. Siyahıda yer alan futbolçular arasında Arda Gülər və Cud Bellinqem (hər ikisi “Real”), Camal Musiala (“Bavariya”), Alexandro Balde (“Barselona”), Rasmus Hoylund (“Mançester Yunayted”), Evan Ferqyuson (“Brayton”) və Uorren Zair Emeri (PSJ) kimi tanınmış gənc istedadlar da yer alıb.
 
Qeyd edək ki, mükafat dekabrın 4-də Turində təşkil olunacaq tədbirlə qalibə təqdim olunacaq.
 

writer photo
Əlirza Əlirzalı
0