“Neftçi”nin qapıçısının son durumu
12.12.2023 - 15:33
“Neftçi”nin qapıçısının son durumu

“Neftçi”nin qapıçısı Nurəziz Əzizovun son durumuna aydınlıq gəlib. 

Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, qolkiperin vəziyyətini Bakı təmsilçisinin həkimi Şaiq Zöhrablı açıqlayıb.

O bildirib ki, AFFA U-15 Liqasının 15-ci turu çərçivəsində baş tutan “Ulduz Mingəçevir” - “Neftçi” qarşılaşmasında zədələnən qapıçı əməliyyat keçirib. Futbolçunun vəziyyəti hazırda stabil ortadır və özünü yaxşı hiss edir. 

Həkim bir neçə günlük müalicə prosesindən sonra qapıçının evə buraxılacağını qeyd edib.
 

writer photo
Əlirza Əlirzalı
0