Paris-2024: Türkiyə İtaliyaya məğlub oldu
04.08.2024 - 12:39
Paris-2024: Türkiyə İtaliyaya məğlub oldu

Paris Olimpiadasında iştirak edən voleybol üzrə Türkiyə millisi C qrupunda növbəti oyununa çıxıb.

Apasport.az xəbər verir ki, İtaliya yığması ilə qarşılaşan türklər Parisdə ilk dəfə məğlub olub. 

"South Paris Arena"da keçirilən matç italyanların 3:0 (25:14, 25:16, 25:21) qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Türkiyə bundan əvvəl Hollandiya və Dominikan Respublikasının komandalarını məğlub etməyi bacarmışdı.

writer photo
Əlirza Əlirzalı
0