“Brentford”un futbolçusunu diskvalifikasiya gözləyir - SƏBƏB
02.03.2023 - 11:07
İngiltərənin “Brentford” klubunun oyunçusu İvan Toney futboldan uzaqlaşdırıla bilər.
Apasport.az saytı xəbər verir ki, 26 yaşlı oyunçu 262 dəfə mərc qanunlarını pozmaqda günahlandırılır.
Toneyin dindirilmə zamanı bu iddiaların bir qismini qəbul etdiyi bildirilir.
İngiltərə Futbol Federasiyası yaxın günlərdə qərarını açıqlayacaq. Hücumçunun ən az 6 ay futboldan diskvalifikasiya olunacağı gözlənilir.
Qeyd edək ki, 2020-ci ildən Premyer Liqa klubunda çıxış edən İvan Toney davam edən mövsümdə 23 matçda iştirak edərək, 15 qol və 4 assistlə yadda qalıb.
0
0