Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı - YENİLƏNİB
02.08.2024 - 18:54
Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı - YENİLƏNİB

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Apasport.az xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı təsəlliverici qarşılaşmada dünya çempionu, Endi Qranda (Kuba) ilə qarşılaşıb.

Rəqibinə məğlub olan təmsilçimiz mübarizəni dayandırıb.

Qeyd edək ki, daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu adını qazanıb.

***

14:04

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ¼ final görüşünə çıxıb.

Apasport.az xəbər verir ki, millimizin üzvü 100+ kq çəki dərəcəsində Koreya təmsilçisi  Kim Min Yon ilə qarşılaşıb.

Rəqibinə uduzan Kokauri təsəlliverici qarşılaşmaya qatılacaq.

Qeyd edək ki, Azərbaycan cüdo millisi Olimpiadaya 9 idmançı ilə yollanıb. Hidayət Heydərov (73) və Zelim Kotsoyev (100) ölkəmizə qızıl medalı qazandırıb.

***

13:04

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Apasport.az xəbər verir ki, millimizin üzvü 100+ kq çəki dərəcəsində Finlandiya təmsilçisi Martti Puumalainenlə üz-üzə gəlib.

Təmsilmiz rəqibini ipponla məğlub edərək ¼ finala vəsiqə qazanıb.

Qeyd edək ki, Azərbaycan cüdo millisi Olimpiadaya 9 idmançı ilə yollanıb. Hidayət Heydərov (73) və Zelim Kotsoyev (100) ölkəmizə qızıl medalı qazandırıb.

***

12:15

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Apasport.az xəbər verir ki, 100+ kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində braziliyalı Rafael Silva ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Kokauri 1/8 finala vəsiqə qazanıb.

writer photo
Əlirza Əlirzalı
0