Gələn il Bakıda qapalı buz meydançası istifadəyə veriləcək
21.12.2022 - 14:16
Gələn il Bakıda qapalı buz meydançası istifadəyə veriləcək

“Azərbaycanın cəlb etdiyi idmançılar ölkəmizdə şərait olmadığı üçün xaricdə məşq edirlər”.

Bunu APA-ya müsahibəsində gənclər və idman naziri Fərid Qayıbov bildirib.

Nazir deyib ki, Qusarda, Qəbələdə və Naxçıvanda olimpiya idman kompleksləri var.

“Düzdür, daha çox turizm məqsədi ilə istifadə olunur, ancaq həmin yerlərdə məşqlər də etmək olar. Biz müvafiq federasiya ilə danışmışıq, artıq bu işlərə başlayıblar, ilkin addımlar atılır. Mən də ilk dəfə bu il Qış Olimpiya Oyunlarında iştirak etdim. Təbii ki, həm nazir, həm bir vətəndaş kimi qış idman növlərinin Azərbaycanda inkişaf etməsini istərdim. Biz hazırda bu barədə düşünürük. Danışıqlar gedir və ola bilsin ki, yeni ilin ilk aylarında Bakıda qapalı buz meydançası istifadəyə veriləcək”, - Fərid Qayıbov qeyd edib.

writer photo
Əlirza Əlirzalı
0