"Xəzər Lənkəran"ın sabiq futbolçusu vətənində oynayacaq
15.01.2023 - 15:44
"Xəzər Lənkəran"ın sabiq futbolçusu vətənində oynayacaq

"Xəzər Lənkəran"ın sabiq futbolçusu Fernandu Qabriel karyerasını ölkəsi Braziliyada davam etdirəcək.

Apasport.az xəbər verir ki, 34 yaşlı hücumameyilli yarımmüdafiəçi BƏƏ və Səudiyyə Ərəbistanındakı karyerasından sonra 2017-ci ildə qısa müddət oynadığı Braziliya B Seriyası klubu "Paysandu"ya qayıdıb.

Qeyd edək ki, Fernandu Qabriel 2014/15 mövsümündə "Xəzər Lənkəran"da çıxış edib. O, Azərbaycan Premyer Liqasında 12 matça çıxıb və 3 qol vurub. Azərbaycanda onun legioner karyerası yaşadığı ilk ölkə olub.

writer photo
Əlirza Əlirzalı
0