Şnayderlinin 10 günlük Konya macərası
10.08.2023 - 20:49
Şnayderlinin 10 günlük Konya macərası

Morqan Şnayderlin “Konyaspor”u meydana çıxmadan tərk edib.

Apapsort.az-ın məlumatına görə, onun Türkiyə karyerası cəmi 10 gün sürüb.

Avqustun 1-də fransalı yarımmüdafiəçi “Konyaspor”la iki illik müqavilə bağlayıb. Amma tərəflər bu gün qarşılıqlı şəkildə müqaviləyə xitam veriblər. Şayderlin ailə problemlərini əsas gətirərək, Konyada qalmaq istmədəyini klub rəhbərliyinin diqqətinə çatdırıb.

Qeyd edək ki, 33 yaşlı futbolçu “Mançester Yunayted”, “Everton”, “Sautgempton”, “Nitsa” kimi klublarda çıxış edib.
 

writer photo
Əlirza Əlirzalı
0