Samir Abasovun “Neftçi”dən istədikləri
05.11.2022 - 17:04
Samir Abasovun “Neftçi”dən istədikləri

Yenidən “Sumqayıt”a qayıdan baş məşqçi Samir Abasov qış fasiləsində heyətdə bəzi dəyişikliklər edəcək.

Apasport.az saytının əldə etdiyi məlumata görə, 44 yaşlı mütəxəssis, xüsusən də, sabiq klubu “Neftçi”nin oyunçularına göz dikib.

“Turan Tovuz”da icarə əsasında çıxış edən yarımmüdafiəçi Xəyal Nəcəfovdan sonra Samir Abasov müdafiə xəttini “Neftçi”nin iki oyunçusu ilə gücləndirmək fikrinə düşüb. O, ağır zədədən sonra bərpa dövrü keçən Azər Salahlı və əsas heyətdə möhkəmlənə bilməyən Ömər Buludovu yenidən sərəncamında görmək istəyir.

Buludovun baş məşqçi Laurentsiu Regekampfın gələcək planlarında olmaması bu keçidi asanlaşdıra bilər. Salahlının isə zədədən sonra tədricən əvvəlki formasını bərpa etməsi üçün 6 aylıq icarəyə verilməsi variantı nəzərdən keçirilməsi mümkündür.

Qeyd edək ki, həm Ömər Buludov, həm də Azər Salahlının “Neftçi” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.
 

writer photo
Əlirza Əlirzalı
0