“Araz-Naxçıvan”da məğlubiyyətlə vida
29.10.2022 - 23:51
“Araz-Naxçıvan”da məğlubiyyətlə vida

Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan” Çempionlar Liqasında son oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında mübarizə aparan komandamız əsas mərhələdə III turun görüşünə çıxıb.

İlk iki turda uduzaraq tur adlamaq şansını itirən Joze Alesionun yetirmələri Bosniya və Herseqovina çempionu “Mostar”la qarşılaşıb. 5-ci qrupun oyunlarına ev sahibliyi edən balkanlılar bu qarşılaşmada qalib gəlib – 3:2. Mövsümü ardıcıl üçüncü məğlubiyyətlə başa vuran Naxçıvan klubunun qollarına Vitao və Andreu Varqas imza atıb. Turniri xalsız bitirən ölkə çempionu qrupda sonuncu yeri tutub.

Qeyd edək ki, “Araz-Naxçıvan” öncə İsveç “Orebro”suna 2:5, ardınca Serbiya “Lozniça Qrad”ına 1:4 hesabı ilə məğlub olub.

writer photo
Əlirza Əlirzalı
0